Ordu.az xəbər verir ki, bu sözləri almaniyalı ekspert Aleksandr Rar, Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar prosesinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, nazirlərin danışıqlar aparması və hansısa tövsiyyələri rəhbərlərə təqdim edəcəkləri barədə yayılan məlumatlar onu deməyə əsas verir ki, rəhbərlər özləri danışıqlar aparmır, gələcəkdə rəsmi təmasların dahar rahat baş tutması üçün yalnız görüşürlər.
"Bu da öz növbəsində əsas məsələlər baxımından mövqelər bir-birinə ziddirsə, nazirlərin nə ətrafında danışıqlar aparması məsələsini anlaşılmaz edir. İstənilən halda tərəflərin keçmişlə müqayisədə daha tez-tez görüşməsi və hansısa məsələni müzakirə edə bilməsi yaxşı haldır.
Bu danışıqların belə bir mövqelərin olduğu halda baş verməsi daha yaxşı haldır. İndiki yaranmış vəziyyət bir daha onu göstərir ki, bu mürəkkəb münaqişədir və tərəflərdən düzgün, məqbul qərar verilməsini tələb edir", - deyə ekspert bildirib.
Rar, hətta sülhə hazırlanma barədə danışıldığı bu vəziyyətdə münaqişənin nizamlanmasının mümkünlüyünü görmədiyini də vurğulayıb: "Ona görə ki, münaqişə tərəflərində nizamlama prinsipləri və elementləri ilə bağlı təmamilə fərqli baxışlar var. Hər hansı güzəşti təsəvvür etmirlər. Bir müddət sonra danışıqlar prosesində keçmişdə olduğu kimi, fasilə yaranacağını istisna etmirəm".
Alpər Mövludoğlu
Ordu.az