Paşinyan Merkelin sözlərinə simulyativ açıqlamalarla cavab verdi

2019/02/maxre-1549028722.jpg
Oxunub: 22408     17:42     01 Fevral 2019    
“Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfi sözlərdən əməllərə keçməlidir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri bu gün Paşinyanla mətbuat konfransı keçirən Almaniya kansleri Angela Merkel səsləndirib.

“Mən müzakirələr və danışıqları yüksək qiymətləndirirəm, lakin artıq tərəflər sözlərdən əməllərə keçməyə hazır olmalıdır. Liderlər tərəfindən kompromis barəsində fikirlərin səsləndirilməsi çox cəsarətli addımdır. Kompromislər üzərində razılığa hazırlıq və sülhə nail olmaq çox vacibdir”, - deyə Merkel ifadə edib.

Paşinyan isə ötən gün səsləndirdiyi, danışıqlar prosesinə kölgə salan təxribatçı bəyanatlarını davam etdirərək, yenidən simulyativ açıqlamalar verməkdən çəkinməyib.

“Nə qədər ki, Azərbaycan tərəfindən də eyni xarakterli bəyanatlar səsləndirilmir, münaqişənin həllində böyük proqres ümidi yoxdur. Əlbəttə, Ermənistan Respublikası münaqişənin sülh yolu ilə həllinə maraqlıdır. Mən qeyd etmək istəyirəm ki, müzakirələr ərzində açıq şəkildə bəyan etdim ki, Ermənistan Baş naziri kimi ancaq Ermənistan Respublikasının adından danışa bilərəm və Qarabağdakı əhalinin Ermənistandakı seçkilərdə iştirak etməməsindən dolayı onların adından danışmaq hüququm yoxdur, məni onlar seçməyiblər”, - deyə Paşinyan bu açıqlaması ilə əslində Ermənistanın danışıqlar prosesində iştirakından imtina etdiyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Merkel   Qarabağ   İşğal   Təxribat  


Bizi "telegram"da izləyin