Merkel Qarabağ danışıqları barədə: "Gedilməli çox yol var"

2019/02/45645-1549027183.jpg
Oxunub: 14206     17:18     01 Fevral 2019    
“Dağlıq Qarabağ münaqişəsinin həlli tərəflərdən sadəcə birini məmnun etməməlidir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri Almaniya kansleri Angela Merkel səsləndirib.

Bu gün Almaniyada səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanı qəbul edən Merkel görüşdən sonra birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Dağlıq Qarabağa gəldikdə, deməliyəm ki, gedilməli çox yol var və onun həlli sadəcə bir tərəfi qane etməməlidir. Əlbəttə, biz Minsk Qrupu tərəfindən təmin edilən fürsətlərdən də istifadə etməliyik”, - deyə o əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Merkel  


Bizi "telegram"da izləyin