Ordu.az “Report”a istinadən xəbər verir ki, bu barədə qondarma “erməni soyqırımı” ilə bağlı Avropa İnsan Haqları Məhkəməsində iddiaların yalan olduğunu sübut edən, Türkiyənin Vətən Partiyasının lideri Doğu Perinçek bildirib.
Partiya lideri qeyd edib ki, Azərbaycan bizim atalarımızın vətənidir, hamımızın vətənimizdir və əziz vətən torpaqlarının erməni işğalı altında olması Türkiyə üçün qəbuledilməz haldır.
"Torpaqların işğaldan azad edilməsi üçün Vətən Partiyasının lazımi hazırlıqları var. Bununla bağlı Rusiya dövləti ilə də lazımi danışıqlar aparırlır və məncə, artıq Rusiya da bu məsələdə həqiqətləri görməyə başlayır. Azərbaycandakı bacı-qardaşlarımız arxayın olsunlar: biz əziz vətən torpaqlarını erməni işğalından azad etmək üçün əlimizdən gələn hər şeyi edəcək və o torpaqlar mütləq işğaldan azad ediləcək. Xocalı faciəsinin soyqırım kimi tanınması üçün daha fəal çalışacağımıza da heç kimin şübhəsi olmasın", - deyə Perinçek vurğulayıb.
Ordu.az