“Nizamlanma prosesində irəliyə getmək üçün düzgün yol budur” - Zaxarova

2019/01/46620-1548925709.jpg
Oxunub: 15210     13:00     31 Yanvar 2019    
"Bu görüşlərlə bağlı münaqişə tərəflərinin özlərinin verdiyi konstruktiv qiymətləndirməni eşitdik və hesab edirik ki, nizamlanma prosesində irəliyə getmək üçün düzgün yol budur".

Ordu.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi mətbuat konfransında səsləndirib.

“Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində mövqeyi dəyişməz olaraq qalır və Minsk qrupunun həmsədri kimi biz vasitəçi funksiyamızı vicdanla və keyfiyyətlə yerinə yetiririk. Rusiya son zamanlar İrəvanla Bakı arasında müxtəlif səviyyələrdə baş tutan siyasi təmasları alqışlayır. Bu görüşlərlə bağlı münaqişə tərəflərinin özlərinin verdiyi konstruktiv qiymətləndirməni eşitdik və hesab edirik ki, nizamlanma prosesində irəliyə getmək üçün düzgün yol budur”, - deyə Zaxarova vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Dağlıq_Qarabağ   Zaxarova  


Bizi "telegram"da izləyin