Düşmən Qarabağda təlimlər keçirib

2019/01/2E49D-1548918555.jpg
Oxunub: 7799     11:12     31 Yanvar 2019    
İşğal altında olan Qarabağın cənub-şərq istiqamətində dislokasiya olunan qanunsuz hərbi hissələrdən birinin maddi bazası əsasında hərbi birləşmənin nümayiş təlimi keçirilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qanunsuz hərbi birləşmənin komandiri general-mayor Karen Abrahamyanın rəhbərlik etdiyi nümayiş təliminə hərbi birləşmə və hərbi hissə komandirləri cəlb edilib.

Təlimdə hərbi hissə növbətçisinin hərbi hissənin şəxsi heyətinin həyəcan siqnalı ilə “qalx” komandasından başlayaraq, silah və sursatın alınması, mövqelərin və minmə rayonlarının tutulması, şəxsi heyət və texnikanın qəbul məntəqələrinin açılması, bina və tikililərin, hərbi əmlakın təhvil-təslimi, hərbi texnika və silahlanma ilə bağlı hərbi hissələrin idarə heyətlərinin dəqiqləşdirmə fəaliyyət tərzlərinədək əyani nümayiş həyata keçirilib.

Qeyd edək ki, Ermənistanın işğal altında olan Qarabağda istənilən növdə təlimlər keçirməsi birbaşa təxribat xarakterlidir və ərazilərdə möhkəmlənmə məqsədi daşıyır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin