Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanda "Qafqaz institutu"nun direktoru Aleksandr İsgəndəryan jurnalistlərlə görüşündə bildirib.
Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədrliyi çərçivəsində həyata keçirilən prosesin yenidən bərpa edilməsi istiqamətində cəhdlər edilir.
Hər iki ölkə rəhbərinin qeyri-rəsmi görüşlərinə gəldikdə isə, o, artıq Əliyev-Paşinyan arasında rəsmi görüş prosesini gördüyünü qeyd edib: "Görüşün nə dərəcədə uğurlu ola biləcəyini bilməsəm də, artıq bu görüşə hazırlıq gedir. Danışıqlar prosesini doğru istiqamətdə aparmaq üçün zorakılıq səviyyəsini azaltmaq və ya ümumiyyətlə sıfıra endirmək lazımdır. Lakin cəbhə xəttindəki sabitliyin uzun müddət davam edəcəyini təsəvvür edə bilmirəm".
Alpər Mövludoğlu
Ordu.az