Karasin İrəvanda Qarabağ barədə danışdı: "Çətin məsələdir"

2019/01/45645-1548845702.jpg
Oxunub: 15041     14:12     30 Yanvar 2019    
"Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Qriqori Karasin İrəvanda Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu jurnalistlərə Q.Karasin bildirib.

"Məsələ üzərində ATƏT-in Minsk qrupu həmsədrləri çalışırlar. Lakin qarşıdan mən bilən, ölkə liderləri, XİN rəhbərləri səviyyəsində yeni görüşlər gəlir. Görüşlər substantiv, mənalı keçməsi, konkret nəticə verməsi, işləri irəli aparması üçün hərtərəfli hazırlanmalıdır", - deyə rusiyalı diplomat deyib.

Karasin Dağlıq Qarabağ ətrafındakı beynəlxalq vəziyyətin sabit olmasının mühüm əhəmiyyət daşıdığını söyləyib. Münaqişənin həllində sıçrayış ehtimalına toxunan nazir müavini bunun "çətin məsələ" olduğunu dilə gətirib.

"Hamı sürətli irəliləyiş olmasını istəyir. Amma gerçəkçi olmaq, sağlam düşüncəyə, Azərbaycanla Ermənistan rəhbərləri arasında beynəlxalq birliyin köməyi ilə danışıqlara ümid etmək lazımdır", - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Karasin  


Bizi "telegram"da izləyin