Ordu.az xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Zohrab Mnatsakanyan bu gün İrəvanda səfərdə olan Avropa İttifaqının qonşuluq siyasəti və genişləndirmə üzrə komissarı Yohannes Hanla keçirdiyi birgə mətbuat konfransında jurnalistlərin “Qarabağ problemi üzrə Münhendə azərbaycanlı həmkarınızla görüş nəzərdə tutulubmu?” sualına cavabında deyib.
"Heç nəyi istisna etmək olmaz. Ənənəyə görə, görüş barədə razılıq əldə olunarsa, bu barədə əvvəlcədən məlumat verəcəyik", - deyə Z.Mnatsakanyan bildirib.
Eyni zamanda o, Münhen konfransında iştirak etməyi planlaşdırdığını söyləyib.
"İrəliyə doğru addım atdığımız aydın məsələdir, vaxt və digər məsələlər üzrə razılaşdırmaq lazım gəlir, bundan sonra ictimaiyyətə məlumat veririk", - Z.Mnatsaknayan əlavə edib.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyindən Azərbaycan və Ermənistan XİN başçılarının yanvarın 16-da Parisdə keçirilmiş görüşdə növbəti ayda danışıqları davam etdirməklə bağlı razılıq əldə olunduğu bildirilib.
Ordu.az