“Paşinyan Əliyevə istinad edir, onun görünüşü qürurlu deyildi" - Şarmazanov

2019/01/34534-1548761953.jpg
Oxunub: 15486     15:38     29 Yanvar 2019    
"Nikol Paşinyan artıq Minsk Qrupunun həmsədrlərinə yox, Azərbaycan prezidenti İlham Əliyevə istinad edir".

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov jurnalistlərlə görüşündə bildirib.

"Biz hara gəlib çatmışıq", - deyə Şarmazanov şikayətlənib.

“Məndə belə təəsürrat yaranıb, bəlkə də Əliyevlə görüşün olacağı barədə Paşinyanın heç məlumatı olmayıb. O, bu barədə son anda xəbər tutub, çünki onun görünüşü qürurlu deyildi" - deyə Şarmazanov əlavə edib.

Alpər Mövudoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin