Təxribata cəhd etmiş erməni əsgərin ölümünə görə mayor günahlandırılır

2019/01/6456-1548761496.jpg
Oxunub: 10531     15:29     29 Yanvar 2019    
Ermənistanın Tavuş vilayətinin ümumi işlər üzrə məhkəməsində Samvel Mardanyanın sədrliyi ilə Tiqran Poğosyanın məhkəmə işi başa çatıb. 35 yaşlı Tiqran Poğosyan Ermənistan cinayət məcəlləsinin 376-cı maddəsinin 2-ci bəndi ilə ittiham olunurdu.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Tiqran Poğosyan ali hərbi təhsil alıb, zabit olduqdan sonra atıcı tabor komandirinin arxa cəbhə üzrə müavini, hərbi hissə komandirinin əmri ilə 2017-ci ilin sentyabrın 29-dan oktyabrın 13-nə qədər döyüş mövqelərində cavabdeh olub.

İttihama görə, mayor Tiqran Poğosyan xidmətə laqeyq münasibət göstərib və müvafiq əmr tələblərini pozub. Əmrə görə, müşahidə edilən hissələrdə yalnız məhdud hava şəraitində şəxsi heyətin vurulma ehtimalını azaltmaq məqsədilə mühəndis-istehkam işləri həyata keçirməli idi.

Lakin Tiqran Poğosyan qeyd edilən tələbləri qorumayıb, 2017-ci ilin oktyabrın 10-da gündüz vaxtı saat 11 radələrində döyüş mövqeyinin mühəndis işlərində, məcburi hərbi xidmətə çağrılmış sıravi əsgər M.Çaplin tərəfindən səddin tikilməsini və atəş altına düşən hərbi hissələrdə mühəndis işlərinin yerinə yetirilməsini qadağan etməyib və nəticədə yol verilən səhlənkarlıq ağır nəticəyə səbəb olub.

Belə ki, cəbhə xəttində təxribata cəhd edən erməni əsgərə qarşı atəş açılıb və nəticədə əsgər müxtəlif güllə-bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həmin gün saat 21:00 radələrində isə koma vəziyyətində dünyasını dəyişib.

Zərər çəkmiş şəxsin varisi mülki iddia tələbi təqdim etməyib. Təqsirkar və onun vəkili məhkəmədə Amnistiya aktının müvafiq müddəasını, cinayət işinin icrasına xitam verilməsini və cinayət təqibini dayandırmağı xahiş edib. Vəkil, həmçinin zərər çəkmiş şəxsin varisinin məhkəməyə müraciətini də təqdim edib.

O bildirib ki, Tiqran Poğosyana qarşı Amnistiya aktının tətbiq edilməsinə qarşı etiraz etmir, ona iddiası və şikayəti yoxdur. Məhkəmə telefon vasitəsilə bir dəfə də zərər çəkmiş şəxsin varisinin mövqeyini dəqiqləşdirib. Sonuncu iddia edib ki, amnistiya tətbiq edilməsinə qarşı etiraz etmir və maddi tələbi yoxdur.

İşi aparan prokuror bildirib ki, əgər zərər çəkmiş şəxsin varisi etiraz etmirsə, onda təqsirkara qarşı törətdiyi günaha görə Amnistiya aktının müvafiq müddəası tətbiq edilə bilər. Məhkəmə qeyd edib ki, Tiqran Poğosyan Ermənistan cinayət məcələsinin 376-cı maddəsinin 2-ci bəndi üzrə nəzərdə tutulmuş, cinayət törədilməsinə görə qanunla 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası ilə günahlandırılır və zərər çəkmiş şəxsin varisi Tiqran Poğosyana qarşı amnistiya tətbiq edilməsinə qarşı etiraz etmir. Yəni, Amnistiya Aktının müvafiq müddəası Tiqran Poğosyana qarşı tətbiq edilə bilər. Məhkəmə Tiqran Poğosyana qarşı Amnistiya Aktının tətbiq edilməsi müddəasını tətbiq edib, onun cinayət işinin təqibini dayandırıb və cinayət prosesinə xitam verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm  


Bizi "telegram"da izləyin