Balasanyan Paşinyan hökumətinə qəzəblidir: O Levonun yanına göndəriləcək

2019/01/34534-1548666428.jpg
Oxunub: 13244     12:57     28 Yanvar 2019    
"Bu şəxslər dövlət vəzifəsini tutublar və indi də tuturlar. Deyirlər ki, biz 1994-cü ildə çox zəif olmuşuq, ifadəmə görə bağışlayın, lakin özlərindən utansınlar".

Ordu.az xəbər verir ki, bu barədə bu gün qondarma qurumun təhlükəsizlik şurası"nın rəhbəri, Xocalı soyqırımı zamanı, Əsgəran istiqamətində dinc azərbaycanlı əhalinin qırğınına rəhbərlik edən erməni generalı Vitali Balasanyan "Yerablur" panteonunda jurnalistlərə açıqlamasında bildirib.

Balasanyan, Paşinyan hakimiyyətinə səslənərək bildirib ki, hazırda onun təyin etdiyi bir çox şəxslər Qarabağdakı erməni hərbi birləşmələrinin döyüşmədiyini və Azərbaycan qarşısında hər zaman zəif olduqlarını qeyd edirlər.

"Biz Azərbaycana qarşı döyüşməmişik? Biz 1994-cü ildən 2016-cı ilədək döyüşməmişik? Biz 2016-cı ilin aprelində döyüşməmişik? Erməni tərəfi artıq əks-hücum əməliyyatına hazır idi. Bu mübarizə deyildi?", - deyə o açıq-aşkar etiraz edib.

O qeyd edib ki, onlar doğru demirlər və bəyan edirlər ki, 1994-cü ildə Ermənistan zəif olub, buna görə də atəşkəsə gedib.

"Bu şəxslər dövlət vəzifəsini tutublar və indi də tuturlar. Deyirlər ki, biz 1994-cü ildə çox zəif olmuşuq, ifadəmə görə bağışlayın, lakin özlərindən utansınlar.

Biz zəif olmamışıq, biz ilkin mərhələdə zəif olmuşuq. Ermənistanla quru yolunu açan zaman isə, bölgədə ən güclü olmuşuq. Bu o demək deyil ki, 1994-cü ilin mayında atəşkəsə getməyə məcbur olmuşuq", - deyə Balasanyan deyib.

Keçən ilin noyabr ayının sonlarında "Mənim Adımım" ittifaqının deputatlığa namizədi, keçmiş erməni döyüşçü Sasun Mikaelyan tərəfindən səsləndirilən bəyanat hələ də işğal altında olan qanunsuz bölgədə böyük müzakirələrin aparıldığını, narazılıqların sakitləşmədiyini aşkara çıxarır.

Təsadüfi deyil ki, Qarabağda qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi birləşməsinin təmsilçisi Senor Hasratyanın cavabı nəticəsində Levon Mnatsakanyan "vəzifəsi"ndən kənarlaşdırıldı. Bu zaman bir çox gəzən şayələrə görə, Vitali Balasanyan da "vəzifəsi"ndən azad edilməli idi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin