Ordu.az xəbər verir ki, bu barədə rus şərqşünas Viktor Nadeyinranski Suriyaya göndəriləcək erməni missiyası mövzusu ətrafında mövcud narahatlıqlar barədə danışarkən deyib.

Onun sözlərinə görə, Rusiya Əsəd rejimini dəstəkləmək üçün Suriyada qüvvə yerləşdirməsinə qərar verərkən Rusiyadakı ekspertlər arasında çaxnaşma düşdü. Bir neçə gün bir qrup analitiklər bu addımın Rusiyanın maraqlarına cavab vermədiyini, bəziləri isə maraqlar zonası olan Suriyada, Rusiyanın həyata keçirməli olduğu işlərin olmasını iddia etdi.
Viktor Nadeinrayevski bildirib ki, adətən belə bir addım atdıqda hakimiyyət bir qayda olaraq ölkə daxilində ciddi müqavimətə rast gəlir. Biz hərbi müdaxilələr zamanı yalnız Rusiya daxilində deyil, ABŞ daxilində də bu cür müqavimətlərin olduğunun şahidi olmuşuq.
“Lakin bu Rusiyada olduğu kimi bu və ya digər şəkildə Suriya probleminə cəlb edilən bütün ölkələr üçün təhlükəlidir, ona görə ki, Suriya münaqişəsi özü özlüyündə mürəkkəb məsələdir. Bu problem cəlb olunan tərəflər və maraqlar baxımından müxtəlifliklərlə doludur, zaman-zaman Qərb və Rusiya qarşıdurmasının plasdarmına da çevrilir. Son zamanlar Donald Tramp Ərdoğanın ünvanına təhdidlər edib. Daha sonra isə telefon danışığı zamanı müəyyən razılıqlar əldə ediblər. Bu razılaşma Suriya hökumətinin kəskin cavabına səbəb oldu. Hadisələr hələ inkişaf edir, Tramp 2 min nəfərlik qoşunu Suriyada çıxarmaq haqqında qərar verib. Türkiyə-Amerika razılaşmasının necə həyata keçiriləcəyi, təhlükəsizlik zonasının necə təşkil olunacağı, kim tərəfindən nəzarət ediləcəyi, hansı problemlər ortaya çıxacağı məlum deyil. Problemlər müxtəlifdir. Bu, Suriyada olan bütün qüvvələrə aiddir. Gələcəkdə isə Hələbdə qüvvələrinin olmasına baxmayaraq Ermənistana da aid olacaq. Təhlükələr dəqiq olmalıdır, bu iki tərəfi olan məsuliyyətli qərardır. Vacib olan Ermənistan qüvvələrinin orada peyda olmasından sonra baş verəcək çağırışlardır. Bu çağırışlar yalnız təhlükəsizlik xarakteri yox, həm də qlobal xarakter daşıyır, çünki Ermənistan Suriya hakimiyyətinin, Rusiyanın və İranın düşərgəsində olacaq və bu, Qərb üçün o qədər də arzuolunan ssenari deyil. Rusiya üçün olduğu kimi Ermənistan və Suriyada olan istənilən ölkə üçün çağırışlar var. Ermənistana gəldikdə isə onun problemlərini nəzərə alaraq, bu təhlükənin təsiri daha da kəskin ola bilər. Burada Ermənistanın kiçik ölkə olduğu məqamını da nəzərə almaq lazımdır”, - deyə Nadeyinranski qeyd edib.
Xatırladaq ki, Suriyada erməni missiyası haqqında Ermənistanın Baş naziri Nikol Paşinyan fəaliyyətinin 100-cü günü ilə bağlı hesabat mitinqi zamanı bildirib və onu erməni-rus misilsiz layihəsi olaraq adlandırıb.
Paşinyan qeyd edib ki, Ermənistan respublikası Suriyanın Hələb şəhərində humanitar missiya həyata keçirəcək. Bunun əsas məqsədi Hələb və ümumiyyətlə, Suriya erməni icmasına kömək etməkdən ibarətdir.
“Bu missiyanı Rusiya ilə birgə həyata keçirəcəyik. Bu humanitar missiya olduğuna görə ümid edirəm ki, beynəlxalq ictimaiyyətin yeni yeni nümayəndələri bu prosesə qoşulacaq”, - deyə Paşinyan bildirib.
Bu mövzunu Ermənistan Respublikaçılar partiyasının sədr müavini, Ermənistan Parlamentinin Xarici Münasibətlər Daimi Komissiyasının keçmiş rəhbəri Armen Aşotyan öz “Facebook” səhifəsində qeyd edərək, təkrarən bildirib ki, Ermənistan hakimiyyətinin bu qərarı qanun pozuntusu ilə baş verən macəradır. Keçmiş erməni məmur bildirib ki, ezam olunan şəxslərin həkim, istehkamçı, sürücü olmasından asılı olmayaraq, onlar Silahlı Qüvvələrin əməkdaşlarıdır və Silahlı Qüvvələr haqqında Ermənistan qanununa tabedirlər. Bu qanuna əsasən onlar Ermənistandan kənarda yalnız beynəlxalq müqavilələrin əsasında xidmət edə bilərlər. Lakin belə bir müqavilə nəzərdə tutulmur və Nikol Paşinyan məsələnin yeni sənəd olmadan həll edilməsinə dair göstəriş verib.
Alpər Mövludoğlu
Ordu.az