Şahnazaryan danışıqlar barədə: “Proses Azərbaycanın ssenarisi ilə gedir”

2019/01/56756-1548314626.jpg
Oxunub: 24977     11:22     24 Yanvar 2019    
“Tam məsuliyyətlə bəyan edirəm ki, proses Azərbaycanın ssenarisi ilə gedir”.

Ordu.az xəbər verir ki, bu barədə “168.am” saytına müsahibəsində 1994-1995-ci illərdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri, 1992-1995-ci illərdə Ermənistan prezidentinin xüsusi tapşırıqlarla bağlı səfiri, 1991-1995, 1995-1999-cu illərdə Ermənistan MM-in deputatı Davit Şahnazaryan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində son hadisələrdə baş verən inkişaflara toxunarkən bildirib.

O qeyd edib ki, hazırda müzakirə edilən məsələ nəinki sülh müqaviləsidir, digər tərəfdən bu o qətnamədir ki, haqqında dəfələrlə, yəni ərazilərin nəinki status qarşılığında, təhlükəsizlik qarşılığında ötürülməsi danışılıb.

“Təhlükəsizlik nədir, hansı təhlükəsizlik, hər halda bu status deyil, yəni bu problemin siyasi həlli yoxdur və mən əminəm ki, ən azı həmsədrlər bu müqavilənin mətni üzərində çox ciddi işləyirlər və əgər artıq bitirməyiblərsə, o zaman bu siyasi həll sənədi deyil”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin