Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə bu gün erməni ekspert Qriqori Ayvazyan jurnalistlərlə görüşü zamanı deyib.
Onun sözlərinə görə, əsas oyunçularda müəyyən sürprizlər mühiti formalaşıb.

"Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliklərinin rəhbərləri, həmçinin Nikol Paşinyan və İlham Əliyevin görüşləri bununla əlaqədardır", - deyə Ayvazyan qeyd edib.
“News.am” saytının əməkdaşının "Qarabağ münaqişəsinin tələsik həllindən kim qazanır?" deyə verdiyi suala cavab olaraq Ayvazyan bildirib ki, bu, bütün əsas oyunçulara, o cümlədən Rusiya, İran, Türkiyə, ABŞ və hətta İsrailə fayda verir.
"Son dövrlərdə baş verən proseslər məhz bundan xəbər verir. Bundan sonra biz bunun bizim üçün əlverişli olduğunu deyə bilmərik. Bunun açıq nümunəsi İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagirinin Azərbaycanın ərazi bütövlüyünə dəstək verilməsi haqqında bəyanatını, o cümlədən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun erməni tərəfinin birtərəfli güzəştlər etməsi zərurəti haqqında verdiyi bəyanatı göstərmək olar. Siz əmin ola bilərsiniz ki, Rusiya və Türkiyə prezidentlərinin qarşıdakı görüşlərində Suriya problemi yox, Qarabağ münaqişəsinin həlli əsas mövzu ola bilər", - deyə o narahatlığını gizlədə bilməyib.
Alpər Mövludoğlu
Ordu.az