“Chatham House”un analitiki: "Qarabağ münaqişəsinin həlli məsələsində heç bir sıçrayış perspektivi yoxdur"

2019/01/15279-1548248687.jpg
Oxunub: 29907     16:59     23 Yanvar 2019    
"Qarabağ məsələsində sülh müqaviləsinin böyük partlayış effektli perspektivi, həmçinin inandırıcı sıçrayış perspektivləri yoxdur. On illərlə intensiv şəkildə hərbi yarışmadan və 2016-cı ildə apreldə baş verən ciddi toqquşmadan sonra belə bir gözlənti yoxdur".

Ordu.az xəbər verir ki, bunu “Chatham House”un dosenti, “Qafqaz Araşdırmaları” analitik jurnalının həmtəsisçisi Lourens Broers erməni KİV-lərinə açıqlamasında bildirib.

Broers, münaqişədə sıçrayış gözləmədiyini və belə bir düşüncədən uzaqlaşmağın vacib olduğunu qeyd edib: "Hər iki tərəf istənilən halda uzunmüddətli müharibəyə hazır deyillər. Bunu 2016-cı ildə baş verən aprel döyüşləri göstərdi. Strategiya olaraq məcburetmə isə hər hansı bir nəticəyə gətirib çıxarmayıb".

O əlavə edib ki, münaqişə tərəflərinin qeyri-zorakılığa alternativ üçün siyasi meydan açma imkanı var.

"Sülh prosesinin geniş əhatəsində çoxlu, yeni fiqurlar peyda olub. Bu Ermənistanın yeni rəhbərliyindən başlayaraq, Qarabağın azərbaycanlı icmasının yeni rəhbərinədək aiddir. Liderin dəyişdirilməsi bir öncəki strategiyalara yenidən baxılmasına imkan verir", -deyə Broers fikirlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Danışıqlar  


Bizi "telegram"da izləyin