Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri “Sasna Tsrer” silahlı qruplaşmasının (hazırda partiya-red) lideri Jirayr Sefilyan səsləndirib.
Ayın 19-da işğal altında olan Xankəndində sakinlərlə görüşündəki çıxışından bir hissəni öz “Facebook” səhifəsində təqdim edən Sefilyan, həm də dünən Davosda Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında keçirilən görüşə münasibət bildirib: “Qarabağ məsələsinə və hazırda baş verən danışıqlar gəldikdə, ilk növbədə hesab edirəm ki, bugünkü hakimiyyət, şəxsən Nikol Paşinyan keçən 10-20 illər ərzində aparılmış danışıqlar prosesinin mahiyyətini açıqlamalıdır.
Keçmiş rejimin cinayətkar rejim olaraq, ümumiyyətlə nə danışıqları apardığı aydın olmalıdır. Bu gün davam edən danışıqlara gəldikdə isə bu məsələdə də Paşinyan təmamilə başqa yanaşma nümayiş etdirməlidir. İlk növbədə Madrid prinsiplərindən imtina etməli və yeni danışıqlar mühiti formalaşdırılmalıdır.
Bu danışıqlar prosesi yalnız və yalnız erməni xalqının maraqlarına xidmət etməlidir. Əgər bu fəaliyyət yaxın günlərdə yerinə yetirilməsə, yenə də narahatlıqların dərinləşəcəyi xalqın arxasından iş aparılması ehtimalının artacağını hesab edirəm. Bu, bizim ziyanımıza olan hər hansı bir müsbət nəticəyə gətirməyəcək. Bu məsələdə Paşinyanın görəcəyi işlər var.
Bu zaman indiyədək nümayiş etdirilən məğlubiyyət və xəyanətkar gedişata tabe olmaya bilər. Biz hamımız xəyanətin zirvəsi olan aprel döyüşlərini xatırlayırıq. Həmçinin əminik ki, əgər ölkədə müvafiq reaksiya olmasaydı, bu mənada “Sasna Tsrer” qruplaşmasının fəaliyyətini nəzərdə tutaraq bu xəyanət prosesi davam edəcəkdi. “Sasna Tsrer” qruplaşmasının fəaliyyəti bütün bunların qarşısını alıb”.
Qeyd edək ki, dünən Davos iqtisadi forumunda prezident İlham Əliyevlə Paşinyan arasında baş tutmuş görüşün gizliliyi erməni siyasiləri tərəfindən birmənalı qarşılanmayıb və Paşinyandan açıqlama tələb olunub. Bu mənada Dağlıq Qarabağla bağlı danışıqlarda əsasən sərt mövqeyin tərəfdarı olan “Sasna Tsrer”in lideri tərəfindən belə bir açıqlamanın verilməsi də təəccüb doğurmamalıdır.
Alpər Mövludoğlu
Ordu.az