Krılov Qarabağ münaqişəsinin həlli üzrə 3 variant barədə danışdı

2019/01/16169-1548163366.jpg
Oxunub: 18930     17:21     22 Yanvar 2019    
"Azərbaycanda və Ermənistanda istənilən iqtidar əgər Dağlıq Qarabağ münaqişəsi məsələsində mövcud xarici siyasi xəttdən kənara çıxarsa siyasi intihara məhkum olacaq... Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönələn güzəştlər münaqişə tərəfləri üçün pis nəticələrə gətirib çıxara bilər... 10 il əvvəl ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bəyan edirdi ki, növbəti il Qarabağ münaqişəsi həll ediləcək, ancaq bu baş vermədi".

Ordu.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi, politoloq Aleksandr Krılov “İrəvan-Moskva” video-konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, erməni və Azərbaycan cəmiyyətlərinin sülhə hazırlanmasının vacibliyinə dair ideyalar çətin ki, Ermənistan və Azərbaycan hakimiyyətlərinə mənfi təsir etmədən reallaşsın.

Krılov onu da bildirib ki, Dağlıq Qarabağ probleminin “beynəlxalq diktə” vasitəsilə həll variantının 1990-cı illərdə Balkanlardakı kimi pis nəticəsi ola bilər.

Onun fikrincə, münaqişənin həllinin 3 yolu var: "Birinci yol qalib tərəfin öz şərtlərini diktə etdiyi hərbi yoldur. İkinci yol beynəlxalq vasitəçilərin və ya xarici silahlı qüvvələrin cəlb edilməsi yoludur, bu halda artıq onlar məsələnin həllini təsəvvür etdikləri kimi diktə edirlər. Üçüncü yol isə tərəflər arasında qarşılıqlı güzəşt yoludur. Ancaq üçüncü yolun reallığa çevrilməsi üçün cəmiyyətin hazırlanması vacibdir. Lakin göründyü kimi cəmiyyətlər qarşılıqlı güzəştlərə əks yolla gedirlər. Yəni hər iki cəmiyyətdə düşmənçilik səviyyəsi fasiləsiz olaraq artır, qarşılıqlı nifrət mövcuddur".

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması bütün mümkün həll variantları içərisində ən çətinidir.

"Çünki bu, güzəştə gedən tərəf üçün dağıdıcı nəticələrə gətirib çıxara bilər. Ermənistan və Azərbaycan cəmiyyətləri hadisələrin bu cür inkişafına hazır deyillər.

Münaqişənin həlli ilə bağlı qərar olmayanadək danışıqlar prosesləri uzanır. Cəmiyyətlər bunu qəbul etməyə hazır olmayanadək qarşılıqlı güzəşt olmayacaq. Hərbi yolla və ya beynəlxalq diktə yolu ilə münaqişənin həlli üzrə iki variant qalır. Bu isə Balkanlarda gördüyümüz kimi olduqca təhlükəlidir", - deyə Krılov vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Krılov   Qarabağ  


Bizi "telegram"da izləyin