Ordu.az xəbər verir ki, bu barədə erməni diplomat Arman Melikyan “Araçın Lratvakan” agentliyinə müsahibəsində bildirib.
O, Paşinyan hakimiyyətinin qondarma qurumun danışıqlar masasında iştirakına dair heç nə etmədiyini, sərgilənən passiv davranışlardan narahatçılıq keçirdiyini gizlədə bilməyib.

"Xankəndinin (qondarma qurum-red) realda danışıqların tam iştirakçısı olması istiqamətində rəsmi İrəvan hələlik heç nə etməyib. Lakin artıq davamlı hal alan Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin görüşləri baş tutur. Hər şeydən asılı olmayaraq bu vəziyyətdə erməni tərəfi Azərbaycanın siyasi dəyirmanına su tökür.
Həmsədrlər tərəfindən bu tezislər (xalqların sülhə hazırlanması, təhlükəsizlik və bölgənin sabit inkişafı) son vaxtlar tez-tez səsləndirilir.
Narahatlıq törədən bu yox, rəsmi İrəvanın passiv davranışıdır. Münaqişənin nizamlanması üzrə şəxsi aktiv layihənin olmaması, həmçinin 2016-cı ildə aprel döyüşlərinin alovlanmasına vacib ilkin şərt oldu. Bunun nəticəsi isə ərazi itkiləri ilə razılaşmağa, məcburi öhdəlik davranışına səbəb oldu. Məni həmsədrlər tərəfindən sülh çağırışları narahat etmir. Əslində məni narahat edən odur ki, rəsmi İrəvan real siyasət yürütmək istəmir. Bu keçən ilədək mövcud olan hakimiyyət dövründə də belə olub və çox təəssüf ki, bu məsələdə vəziyyət indi də əhəmiyyətli dərəcədə dəyişməyib. Əgər belə davam edərsə, Ermənistanın yeni administrasiyası ciddi çətinliklərlə üzləşəcək, bizim isə müxtəlif tərkibli itkilərimizin həcmi artmağa davam edəcək", - deyə o şikayətlənib.
Erməni jurnalistin "Baş nazir Paşinyan keçmişdə Qarabağ adından danışıqlar aparmağa səlahiyyətli olmadığı barədə bəyanat verib. Xarici İşlər nazirlərinin bu görüşü həmin bəyanata ziddiyət təşkil edirmi?" deyə sualına Melikyan bu şəkildə cavab verib: "Rəsmi İrəvan əlbəttə bu görüşlər ərzində söhbətin istisnasız olaraq, Bakı-İrəvan ikitərəfli məsələlər haqqında danışıqlar aparıldığını bəyan edə bilər. Məsələn, dövlətlərarası sərhəddin ən şimal hissəsində ikitərəfli ordu birləşmələrinin sərhədçilərlə əvəz edilməsi haqqında danışıqlar aparıla bilər.
Lakin bu izah, çətin ki, reallığa cavab versin. Burada bir daha qeyd etməyə məcburuq ki, şəxsi siyasətin hazırlanması və həyata keçirilməsi fikrindən imtina etməklə başqalarının bizim burnumuzdan tutaraq gəzdirməsinə razılıq veririk".
Melikyan qeyd edib ki, Məmmədyarovla Mnatsakanyan hətta 4 saat sakit bir-birinin üzünə baxsaydılar və sonra danışmadan bir-birlərindən ayrılsaydılar belə, artıq Azərbaycan tərəfi öz qarşısına qoyulan cari diplomatik problemi həll etmiş olardı.
"Onlar isə mütləq söhbət edib, hansısa məsələləri müzakirə ediblər. Bu mənada Azərbaycan tərəfinin həvəsini, eləcə də rəsmi İrəvanın susqunluğunun səbəblərini başa düşürük", - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az