Ordu.az xəbər verir ki, bu barədə amerikalı politoloq, keçmiş diplomat Pol Qobl "Mnatsakanyan-Pompeo görüşü baş tutduğu halda hansı gündəm və nəticələr olacaq?" deyə verilən suala cavab olaraq bildirib.
O, cavabında qeyd edib ki, müzakirə gündəliyi çox geniş ola bilər, lakin hər iki tərəf üçün praktiki maraq kəsb edən məsələlərin həcmi o qədər də böyük deyil: "Buna görə də bəzi obyektiv səbəblər var. Ermənistan kimi dövlətlərlə münasibətlər ən yüksək səviyyədə nizamlanmır. Ona görə ki, ümumi maraqlar azdır və ABŞ üçün daha böyük geosiyasi prioritetlər və problemlər var. Xüsusilə yuxarı rəhbərliyin bununla məşğul olacağı və belə hallarda təşəbbüskarlıq sanki digər tərəfin, indiki halda Ermənistanın üzərinə düşür. Münasibətlərdə bu kimi model digər dövlət və təşkilatlara münasibətdə də fəaliyyət göstərir, o cümlədən, Avropa İttifaqının mərkəzi ölkələri qismən Rusiya və digərləri də buna daxildir. Bu, bəzi hallarda təbiidir".
Amerikalı politoloqun sözlərinə görə, münasibətlərin inkişafında məsuliyyəti yalnız bir tərəfin üzərinə qoyulan siyasət modeli həyata keçirilir.
"İkitərəfli münasibətlərdə əsas olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması nəzərdən keçirilir. Bu münasibət hazırkı amerikalı məmurların bütün bəyanatlarında öz əksini tapır.
Söhbət prezident Donald Tramp, həmçinin müşavir Con Boltondan gedir. Bu bəyanat və münasibətlər İran və Rusiyanın Cənubi Qafqazda siyasi təsirinin zəifləməsinə səbəb ola bilər, lakin qeyd etdiyim kimi, Rusiya buna imkan verməyəcək. Dağlıq Qarabağ münaqişəsi gələcəkdə siyasi, iqtisadi və ayrı-ayrı sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə yardım edəcək bir amil kimi nəzərdən keçirilir. Lakin bütün bu məsələlərdə Ermənistan tərəfinin öz dəqiq təsəvvürü və gündəliyini irəli sürmədiyi halda irəliləyiş olmayacaq. Ona görə ki, Tramp administrasiyası siyasətinin məzmunu bütün resurları ölkənin daxilinə mərkəzləşdirmək və ən vacib problemlərə yönəltməkdən ibarətdir", - deyə o bildirib.
Qobl, Ermənistanın indiki administrasiyanın maraqları çevrəsindən xaric olduğunu da vurğulayıb: "Konqresdə dəqiq başqa təəssürat yoxdur. Buna baxmayaraq, keçid mərhələsində Ermənistan üçün ikitərəfli münasibətlər üçün gündəlik vacibdir. Söhbət korrupsiyaya qarşı səmərəli mübarizə, təhlükəsizlik sahəsi və islahatlar haqqındadır. Bu sahələr Ermənistanın marağında olmalıdır, ona görə ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri yoxdur. ABŞ-ın cəlb edilməsi üçün başqa mövzu yoxdur, buna görə də Ermənistan münasibətlərin inkişafı üçün öz tərəfindən addımlar atmalıdır. Təbii ki, belə bir görüş planlaşdırılırsa, onun məzmun hissəsi çox yaxşı hazırlanmalıdır, bu çox vacib məsələdir".
O qeyd edib ki, ikitərəfli münasibətlərdə və Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusu ilə bağlı Ermənistanın mövqeyi dəqiq ifadə olunmalıdır.
"Heç olmasa bu, Ermənistan və ABŞ yüksək səviyyəli məmurlar arsında ikinci vacib görüşdür. İlk görüş yayda prezidentlə Pompeo ilə baş tutan görüş hesab olunur. Dövlət katibliyindən başqa daha yüksək çevrə ilə əlaqələr axtarılmalıdır və diplomatiya yeni səfir və diplomatik kanallar vasitəsilə daha çevik şəkildə işləməlidir", - deyə Qobl əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az