Rusiyalı ekspert: "Azərbaycan Qarabağ münaqişəsinin nizamlanmasında daha aktiv siyasət yürüdür"

2019/01/34534-1548078882.jpg
Oxunub: 11806     17:53     21 Yanvar 2019    
"Azərbaycanın mövqeyi ilə bağlı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Rusiyanın fikri bir neçə məqamla əlaqəlidir".

"Ermənistan hakimiyyəti Qarabağ danışıqlarında zaman qazanmağa çalışacaq".

Ordu.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Fyodor Lukyanov erməni mətbuatına verdiyi müsahibədə yanvarın 16-da baş tutan Məmmədyarov-Mnatsakanyan görüşünü şərh edərkən bildirib.

Xatırladaq ki, görüşdən sonra Ermənistan Xarici İşlər nazirinin yaydığı bəyanatda qeyd edilirdi ki, 4 saatdan artıq davam edən görüşdə tərəflər sülh prosesinə aid xalqların sülhə hazırlanması, təhlükəsizlik və bölgənin sabit inkişafı daxil olmaqla geniş məsələləri müzakirə ediblər.

Həmin gün RF XİN rəhbəri Sergey Lavrov təkrarən danışıqlar prosesində Azərbaycanın konstruktiv mövqeyi barədə danışaraq, Ermənistanın da eyni mövqe nümayiş etdirəcəyinə ümid etdiyini bildirib.

Lukyanovun sözlərinə görə, bütün tərəflərdən səsləndirilən bəyanatlar ondan ibarətdir ki, xarici siyasətdəki bəzi məsələlər problemlər və mövzular keçən il ərzində lazımınca diqqət cəlb etməyib.

"Bu, müvafiq resursun olmamasına görə baş verib. Düşənbə razılaşması tərəflər arasında nailiyyət idi. Rəsmi açıqlamalara görə bu il münaqişənin nizamlanması prosesinə yekun vurulacağı barədə şayiələr dolaşır. Bir tərəfdən Azərbaycanın danışıqlar prosesini irəli aparması üçün Rusiya və bütün tərəflər lehinədir. Tərəflərin danışıqlar aparması mövqeyinə Rusiya tərəfdardır və erməni tərəfindən ideyalar dinləmək arzusundadır. Ermənistanın mövqeyi barədə aydın təsvir yoxdur, lakin bu mövqeyin əvvəlki hakimiyyətin mövqeyindən fərqli olduğu düşünülmür", - deyə o qeyd edib.

Rusiyalı ekspert erməni tərəfinin bu məsələdə mövqeyinin dəyişdiyinə inanmadığını bildirib. Lakin məsələnin o qədər də asan olmadığını, qısa vaxtda nizamlana biləcək münaqişə olmadığını, eyni zamanda cəmiyyətlərin sülhə hazırlanması üçün vaxt tələb olunduğunu vurğulayıb.

Münaqişənin nizamlanması məsələsində Rusiyanın mövqeyinin Azərbaycanın xeyrinə dəyişməsi barədə yaranan təəssürata cavab olaraq Lukiyanov bildirib ki, Rusiyanın mövqeyi və siyasəti dəyişməyib.

Onun sözlərinə görə, Rusiyanın Zaqafqaziya siyasəti Ermənistan və Azərbaycanla ikitərəfli münasibətləri əks etdirir və Qarabağ münaqişəsinin nizamlanması məsələsində tarazlaşdırılmış siyasət yürüdür.

"Qeyd etdiyim kimi Azərbaycan bu gün Qarabağ münaqişəsinin nizamlanması məsələsində daha aktiv və fərqli siyasət yürüdür. Rusiya Federasiyası isə verdiyi bəyanatlarla buna dəstək verir. Qlobal siyasət və maraqlar dəyişməyib. Lakin bu qlobal siyasət daxilində həmçinin ikitərəfli münasibətlərin tərkibi də mövcuddur. Ermənistanın yeni hakimiyyəti ilə bu münasibətlər hələlik qaydasında deyil və Rusiya bunu müəyyən ismarıclarla göstərir. Lakin nə Rusiya-Ermənistan münasibətlərində, nə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində dramatik dəyişikliklər olacağını düşünmürəm. Ermənistan hakimiyyəti vaxt qazanmağa cəhd göstərəcək", - deyə Lukyanov fikirlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Azərbaycan   Danışıqlar  


Bizi "telegram"da izləyin