Erməni politoloq: “Qarabağı güzəştə gedirlər”

2019/01/34534-1548068908.jpg
Oxunub: 8679     15:06     21 Yanvar 2019    
“Danışıqlar prosesinin olmamasındansa, istənilən məqbul danışıqlar prosesi daha yaxşıdır. Daim bu cür bəyanatlar olur. Görüşlər və danışıqlar prosesinin təşviq edilməsi həmsədrlərin fəaliyyətinin bir hissəsidir”.

Ordu.az xəbər verir ki, bu barədə erməni mətbuatına verdiyi müsahibəsində yanvarın 16-da Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Parisdə keçirilən görüşü və bununla bağlı Minsk Qrupunun həmsədrlərinin bəyanatına münasibət bildirərkən erməni parlamentinin deputatı, politoloq Mikayel Zolyan danışıb.

“Bizdə cümlələr arxasında çox şey görmək istəyirlər. Siyasi mövqelərdən və ya hansısa gündəlikdən asılı olaraq, bu və ya digər siyasi güc, yaxud mətbuat vasitəsi hər hansısa konteksti görə bilər. Buna, “Qarabağı güzəştə gedirlər” və ya əksinə “Münaqişənin həllinə nail ola bilmirlər” deyə bilər, bütün bunları bir tərəfə qoyaraq, bunu növbəti danışıqlar prosesi kimi nəzərdən keçirə bilərlər”, - deyə politoloq qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Danışıqlar  


Bizi "telegram"da izləyin