Poğosyan “Madrid Prinsipləri” haqqında: “Məxfiliyi açılan istənilən sənəd ölmüş sənəd hesab olunur”

2019/01/55278-1548049454.jpg
Oxunub: 29056     09:31     21 Yanvar 2019    
“İstənilən sənəd, hər hansı dərəcədə məxfiliyi açılıbsa, bundan sonra ölmüş sənəd hesab edilir. Bu həmçinin “Madrid Prinsipləri” kimi tanıdığımız sənədə də aiddir”.

Ordu.az xəbər verir ki, bu barədə erməni mətbuatına verdiyi müsahibəsində qeyri-hökümət təşkilatı olan “Beynəlxalq İnsan İnkişafı Mərkəzi”nin rəhbəri Tevan Poğosyan, bəzi ekspertlərin Ermənistanın Madrid prinsiplərindən tədricən imtina etməsi üçün addımlar atmalı olduğuna dair fikirlərini şərh edərkən bildirib.

Tevan Poğosyan qeyd edib ki, danışıqlar prosesində maraqlı bir məqam var və istənilən sənəd, hər hansı dərəcədə məxfiliyi açılıbsa, bundan sonra ölmüş sənəd hesab edilir.

“Bu həmçinin “Madrid Prinsipləri” kimi tanıdığımız sənədə də aiddir. Bu Madrid prinsipləri deyil, bunlar müxtəlif yerlərdən götürülən, müxtəlif prinsiplərdir. Haqqında söhbət açılan istənilən formula, növbəti gün ölmüş hesab olunur”, - deyə o əlavə edib.

Özünü ekspert adlandıran Poğosyan, insanlara problemin sadə olmadığını söyləməklə yanaşı, heç bir problemin beynəlxalq hüquqla həll oluna bilməyəcəyini də vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MadridPrinsipləri   Qarabağ  


Bizi "telegram"da izləyin