“Münaqişənin nizamlanmasında Azərbaycanın siyasəti daha anlaşılan görünür” – EKSPERTLƏR

2019/01/Cenab-1547037942.jpg
Oxunub: 1060     17:34     09 Yanvar 2019    
“Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistan hakimiyyətinin hər hansı bir addımı daxili problemləri mürəkkəbləşdirəcək”.

Keçən il Ermənistanda baş verən inqilab və 9 dekabrda baş tutan növbədənkənar seçkilərdən sonra Qarabağ münaqişəsinin nizamlanmasında yeni reallıqların mövcud olması və geri dönüş proseslərinin imkanları barədə pərdəarxası razılaşmaların olduğu təəssüratını yaradacaq bəyanatlar fəallaşıb.

Lakin Ermənistan tərəfi Paşinyan səviyyəsində bildirib ki, münaqişənin həlli istiqamətində hər hansı dəyişiklik baş verməyib. Buna baxmayaraq, bir sıra ekspertlərin fikrincə, bu il münaqişənin həlli istiqamətində əhəmiyyətli rol oynayacaq. Bununla da, cari il uğurla başlayıb.

Belə ki, Minsk qrupunun həmsədrləri yanvar ayında Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşlərinin baş tutacağı barədə məlumat yayıblar. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən yanvar ayında Xarici İşlər nazirlərinin görüşünün təşkil edilməsinə dair təklif irəli sürülüb və qaydalara uyğun açıqlanacaq.

Amerikalı məşhur diplomat, analitik Pol Qobl Qarabağ münaqişəsi zonasın inqilabdan sonrakı vəziyyəti təhlil edərək erməni mətbuatına bildirib ki, münaqişə zonasında indiki mərhələdə əhəmiyyətli dəyişikliklərə gətirib çıxardacaq real heç bir dəyişiklik baş verməyib. Onun sözlərinə görə, nə həmsədr ölkələrin, nə də münaqişə tərəfi olan ölkələrin maraqları və yanaşmaları dəyişməyib.

Qoblun fikrincə, optimist çıxışlar tədricən hərbi ritorikaya çevriləcək, çünki nəticəsi olan danışıqlar prosesi yaxın gələcəkdə gözlənilmir.

“Ermənistandakı indiki hakimiyyət əvvəlki iqtidarın siyasətini davam etdirəcək və indiki hakimiyyətin üzərinə qoyulan legitimlik oyunları əsassızdır. Çünki Qarabağ münaqişəsinin nizamlanması istiqamətində istənilən addım hər hansı bir güzəşti ortaya qoymalıdır. Bu isə yeni seçilən və möhkəmlənən hakimiyyətə zərbə vuracaq”, - deyə o qeyd edib.

Rus analitik Stanislav Taratov öz növbəsində hesab edir ki, son aylarda Qarabağ münaqişəsi proseslərinə dair əldə etmiş bütün məlumatlar münaqişənin həlli proqramının mövcud olmasını və bu il üzə çıxacağını iddia etməyə əsas verir.

O, Ermənistan siyasətində heç bir şeyin dəyişilmədiyinə dair amerikalı ekspertlə həmfikirdir. Onun sözlərinə görə, Ermənistan siyasəti anlaşılmaz və ziddiyyətli olmağa başlayıb.

“Bu səbəbdən Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın siyasəti daha səmərəli və anlaşılan görünür. Münaqişə zonasında mövcud layihələrin həyata keçirilməsi üçün tərəflərə, xüsusilə də Ermənistana təzyiq ediləcəyini istisna etmirəm”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Azərbaycan  

“Münaqişənin nizamlanmasında Azərbaycanın siyasəti daha anlaşılan görünür” – EKSPERTLƏR

2019/01/Cenab-1547037942.jpg
Oxunub: 1061     17:34     09 Yanvar 2019    