Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, İrəvan sakini, 27 yaşlı Hayk Şahinyanın idarə etdiyi "Mercedes" markalı avtomobil İrəvan-Sevan-İcevan yolunda hərəkət edərkən, idaretməni itirməsi nəticəsində daşlara çırpılaraq, Ağstev çayına (Ağstafa çayı) yuvarlanıb.
Məlumata görə, sürücü H. Şahinyan, onun sərnişinləri Tavuş vilayətinin Açacur kənd sakini, 23 yaşlı Arayik Davtyan və İcevan şəhər sakini, 26 yaşlı Karen Tanamyan müxtəlif bədən xəsarətləri ilə Dilican tibb mərkəzinə təxliyyə ediliblər. Hadisə yerinə xilasetmə və istintaq orqanları cəlb edilib.
Qeyd edək ki, sürücü və onun sərnişinləri Ermənistan Müdafiə Nazirliyinin hərbi polis idarəsində xidmət edirlər. Hadisə üzrə Ermənistan Müdafiə Nazirliyinin hərbi polis idarəsinin İcevan hərbi polis şöbəsində müvafiq materiallar hazırlanır.
Alpər Mövludoğlu
Ordu.az