Ordu.az xəbər verir ki, bu barədə məlumat "Sputnik Armenia" agentliyinə etibarlı mənbələrdən daxil olub.
Daha öncə Ermənistan Fövqəladə Hallar Nazirliyi bildirib ki, Qeğarkunik vilayətinin Kaxakn kəndi yaxınlığında 1994-cü il təvəllüdlü M.H adlı erməni qar uçqununa düşüb. Hadisə yerinə FHN-nin xilasetmə xidmətinin bir heyəti cəlb edilib.
Noyabrın 28-də səhər saat 06:55 radələrində FHN-nin xilasetmə xidmətinin xüsusi təyinatlı xilasetmə işlərinin həyata keçirilməsi mərkəzindən 10 nəfərdən ibarət olmaqla iki qrup xilasetmə axtarış tədbirlərini həyata keçirmək məqsədilə hadisə yerinə yollanıb. Lakin Ermənistan FHN-nin yaydığı məlumata görə, elə həmin gün saat 16:12-də pis hava şəraiti və axşamın düşməsi səbəbindən xilasetmə axtarış tədbirləri nəticəsiz olmaqla dayandırılıb.
Alpər Mövludoğlu
Ordu.az