Ordu.az xəbər verir ki, xidməti mənzillə təmin olunmadığı halda mənzil kirayəsinə görə yeni qaydalar bu şəkildə göstərilib:
İrəvan şəhərində
- İrəvan şəhərində 4 nəfərədək olan ailəyə 65 000 dram (228 AZN), 4 və daha çox nəfərdən ibarət olan ailəyə - 85,000 dram (298 AZN);
- Digər şəhərlərdə 4 nəfərədək olan ailəyə 38 000 dram (133 AZN), 4 və daha çox nəfərdən ibarət olan ailəyə - 50,000 dram (175 AZN);
- Digər yaşayış məntəqələrində 4 nəfərədək olan ailəyə 20 000 dram (70 AZN), 4 və daha çox nəfərdən ibarət olan ailəyə - 25,000 dram (88 AZN).
Xatırladaq ki, son vaxtlar bir qrup erməni hərbçi dəfələrlə müraciət edərək bildirib ki, Ermənistan Müdafiə Nazirliyi sülhməramlı briqadanın hərbi qulluqçularına mənzil kirayəsinə görə pul kompensasiyasını ödəməyi dayandırıb. Müraciət edən erməni hərbi qulluqçuların sentyabr, oktyabr və noyabr aylarına görə kirayə ödənişlər verilməməsi barədə şikayətləri yuxarıda qeyd olunanların əslində erməni cəmiyyəti daxilində manipulyasiya xarakteri daşıdığını göstərir. Erməni hərbçilər buna səbəb kimi, sülhməramlı qüvvələrin hərbi hissəsinin İrəvan şəhərindən Kotayk vilayətinin Balahovit kəndinə köçürülməsinin göstərildiyini bildiriblər.
Alpər Mövludoğlu
Ordu.az