Ordu.az xəbər verir ki, bu barədə sabiq iqtidar partiyası Respublikaçıların seçki siyahısından namizədliyi irəli sürülən Davit Şahnazaryan keçirdiyi mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistan ordusu barədə məhz Respublikaçılar partiyası danışa bilər.
"Orduya qarşı ilk günlərdən hücumlar edilir. Hakimiyyət ordunu öz hədəfinə çevirib. Ön xətdən generalları çağırıb Xüsusi İstintaq Xidmətində saatlarla gözlədirlərsə, bu addım orduya qarşı yönəlmiş hesab olunur. Onun məqsədi ordunu, bu gün polisin olduğu vəziyyətə salmaqdır. Bu təcrübəsizlikdən yox, məqsəddən irəli gəlir. Ordu o qədər incə bir orqanizmdir ki, onunla necə davranmalı olduğunu başa düşməlisən. Bu bixəbərlər isə bunu başa düşməzlər. Ordunun zəiflədilməsi birbaşa Baş nazirin təlimatı ilə həyata keçirilir", - deyə Şahnazaryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az