Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Kolya adlı gənc şəxs cəbhədəki gərgin vəziyyətlə əlaqədar mübarizə aparan erməni əsgərlərinə dostu ilə bərabər oliqarxların hesabına kömək etməyə qərar verib.
Xoşlarına gələn evləri yarmaq üçün hətta hündür divarlar belə idman görünüşlü gənclərə mane ola bilməyib.
Məlumata görə, hətta ev sahibləri evdə olarkən belə rahatlıqla girib oğurluq ediblər. Onlar bəzən ev sahibi kimi də evə soxulub, oğurluğu başa vurublar.
Onlar, oğurluq yolu ilə əldə edilən vəsaitin bir hissəsini cəbhəyə göndərdiklərini qeyd ediblər. Əldə edilən gəlirlərə bir sıra zəruri mallar alaraq, yük avtomobililərinə yükləyərək, hərbi hissələrə aparıblar. Xalq sizin yanınızdadır deyə aparıb hərbi hissələrə və könüllülərə paylayıblar.
Daha sonra məlum olub ki, oğurluq nəticəsində zərərçəkənlər arasında oliqarxlar, iş adamları və hətta vəzifəli şəxslər də var.
Alpər Mövludoğlu
Ordu.az