Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, "N" nömrəli hərbi komandiri M.Hovhannes iki hərbi qulluqçuya qarşı cinsi hərəkətlər etməkdə ittiham olunur.
İttihama görə, komandir 25 dekabr 2017-ci ildə və 5 yanvar 2018-ci il tarixlərində iki hərbçinin yatdığı məqamdan istifadə edərək, onlara qarşı seksual hərəkətlər edib.
Erməni komandir, Cinayət Məcəlləsinin 139-cu maddəsinin 2-ci hissəsinin 8-ci bəndinə (hərbi hissədə əsgərə qarşı törədilmiş cinsi zorakılıq hərəkətləri) əsasən ittiham olunub. Onu 10 ilədək həbs gözləyir.
Cinayət işinə Lori vilayət məhkəməsində baxılacaq.
Alpər Mövludoğlu
Ordu.az