Azərbaycan Ordusunda sıçrayış marşı üzrə yarışlar keçirilir - FOTO

2018/10/912ed-1540626879.jpg
Oxunub: 3023     11:54     27 Oktyabr 2018    
Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi haqqında Müdafiə nazirinin əmrinə əsasən hərbi birliklərdə sıçrayış marşı üzrə yarışlar keçirilir.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, motoatıcı, əməliyyat və kəşfiyyat bölmələrinin cəlb olunduğu yarışlarda komandalar müxtəlif məsafələrdə müəyyən olunmuş marşrut üzrə güclərini sınayırlar.

Birincilik uğrunda mübarizədə iştirak edən hərbi qulluqçular bölmələr tərkibində ştat silahları və tam təchizat ilə uzun məsafələri sürətlə qət etməklə dözümlülük və bacarıqlarını təkmilləşdirirlər.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin