Ermənistanda hərbi prokurorun "müavini" rüşvət alıb

2018/10/45645-1540553246.jpg
Oxunub: 3825     15:26     26 Oktyabr 2018    
Ermənistanda özünü hərbi prokurorun müavini kimi təqdim edən şəxs xeyli miqdarda pul mənimsəyib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, İrəvanda bir qadına xeyriyyə tədbirləri əsasında mənzil əldə edilməsini vəd edərək, xuliqanlıq yolu ilə pul mənimsənilməsi halı baş verib.

Vəd verən şəxslə qadın sosial şəbəkədə tanış olub. Həmin şəxs özünü hərbi prokurorun müavini kimi təqdim edib. Onunla təmas zamanı “Hayastan” fondu hesabına mənzil əldə edə bilməsinə inandırmağı bacardıqdan sonra müvafiq sənədlərin hazırlanması adı altında, tədricən qadından 2 milyon dram (təxminən 7000 manat) vəsait almaqla mənimsəyib.

Hazırda, real olaraq hərbi prokurorun müavini kimi özünü təqdim edən şəxsin kimliyi məlum deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Hərbiprokuror  


Bizi "telegram"da izləyin