Ordu.az xəbər verir ki, bu Ermənistanda baş vermiş "məxməri inqilab"dan sonra Putin və Paşinyanın üçüncü görüşü olacaq. Məlumdur ki, Rusiya tərəfi səmimi dialoqa ümid edir.
"Həm bizim, həm də erməni tərəfinin çoxsaylı məsələləri toplanıb. Moskva İrəvandan səmimiyyət gözləyir", - deyə sabahkı görüşü şərh edən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Roksun sözlərinə görə, rəsminin sözləri ona işarə edir ki, əgər erməni tərəfi başqa bir şey söyləmək niyyətindədirsə, əks fikir bildirsin. Ümumən bu addımı atmamaq daha yaxşı olardı.
"Bir sıra postsovet ölkələrinə geri baxdıqda məlum olur ki, onlar tərəfindən Kremli iynələmək istək və cəhdləri uğursuz olub. Ermənistan baş nazirinin bu təcrübəni nəzərə aldığı istisna edilmir", - deyə o davam edir.
Məqalə müəllifinin sözlərinə görə, danışıqlar ərzində Moskvada aşağıdakı məsələlər barədə maraqlanacaqlar:
1. İrəvanın apardığı siyasi xəttin dəyişməz olması;
2. Ermənistan tərəfindən Gümrüdə Rusiya hərbi bazasının yerləşdirilməsi şərtlərinin yenidən nəzərdən keçirilmə ehtimalı;
3. Erməni hərbi qulluqçuların Suriyaya göndərilməsi;
4. "VIP şəxslər", xüsusilə AİƏT və KTMT hökumətlərarası ittifaqlarında vəzifə tutan şəxslərə qarşı məhkəmə icraatları;
5. Qarabağ münaqişəsinin həlli.
Alpər Mövludoğlu
Ordu.az