Paşinyan Suriyaya kimi göndərəcək: Öz oğlunu, yoxsa Tonoyanın oğlunu?

2018/09/40008510_2141618392825211_498269648614064128_n_1536321451.jpg
Oxunub: 2883     20:09     07 Sentyabr 2018    
Ötən həftə ərzində işğalçı ölkənin baş naziri erməni əsgərlərinin Rusiya bayrağı altında Suriyaya göndərə biləcəyini bildirdi. Bir sözlə Ermənistan ordusunun hərbçiləri Rusiya Silahlı Qüvvələri tərkibində Suriyada Bəşər Əsəd rejiminin əleydarlarına qarşı hərbi əməliyyatlarda iştirak edəcək. Artıq bununla bağlı məsələnin həllinin tapıldığı barədə erməni KİV-lərində yazılar yayınlanmaqdadır.

Bu ermənilərin Suriyada Bəşər Əsəd səflərində döyüşməsi ilə bağlı ilk fakt deyil. Dünyanın nüfuzlu media orqanlarında ermənilərin Hələb və başqa şəhərlərdə mülki müsəlmanlara qarşı qətliam törətməsi barədə dəfələrlə məlumatlar, foto və video görüntülər yayılıb.

Hələb erməniləri Yaxın Şərq erməni diasporaları içərisində əhəmiyyətli mövqe tutur. Hətta bir çox ədəbiyyatda Suriya-Erməni diasporu yerinə Hələb-Erməni diasporu ifadəsi işlədilir. Ermənistan diasporu tərəfindən verilən məlumata görə, 2015-ci ilin birinci yarısında Ermənistanda 12 min suriyalı erməninin yaşadığı bildirilib. Bunun 9 mini artıq Ermənistan vətəndaşlığına keçmiş vəziyyətdədir. Suriya erməniləri dinlərinə görə qriqoryanlar, protesantlar və katoliklərə ayrılırlar. Ermənistan hökuməti tərəfindən Suriyadan gələn qaçqınların yerləşdirilməsi üçün paytaxt İrəvan yaxınlığında yeni bir bina tikilib. 5 hektar sahəni əhatə edən bu bina "Yeni Hələb" adlandırılır.

Xüsusilə, "Ərəb Baharı" dönəmindən sonra Suriyada 100-150 min arası ermənilərdən ibarət hərbi birləşmələr aparılan əməliyyatlarda iştirak edir.

Nikol Paşinyan bu addımı atmaqla həmçinin Rusiya ilə münasibətlərdə yaranmış soyuqluğu aradan qaldırmağa çalışır. Lakin Paşinyanın bu hərəkətinin müsbət qarşılanacağı hələ sual altındadır. Bu addım, Rusiya tərəfindən müsbət qarşılansa da daxildə etirazlara səbəb ola bilər. Çünki ermənilər işğal altında olan Dağlıq Qarabağa xidmət etməyə əsgər göndərə bilmir. Bəs erməni xalqı necə razı olar ki, öz balalarını Suriyada döyüşməyə göndərsin? Digər tərəfdən ordusunda xidmət etməkdən boyun qaçırıb intihar cəhdlərinə baş vuran erməni hərbi qulluqçuları gedib Suriyada döyüşəcək? Maraqlıdır, Paşinyan ora kimi göndərəcək? Bəlkə, müdafiə naziri Tonoyanın oğlu ilə öz oğulunu Suriyada döyüşməyə göndərsin? Sonra da gedib orada selfi çəkdirərlər....

Analitik Ehtiram Aşırlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Paşinyan  


Bizi "telegram"da izləyin