Ordu.az xəbər verir ki, bu barədə sentyabrın 7-də Qazaxstan Daxili İşlər Nazirliyinin fövqəladə hallar komitəsinin mətbuat xidməti məlumat yayıb.
İclasda beynəlxalq təşkilatlarla gələcək əməkdaşlıq məsələləri, fövqəladə hallar zamanı zərərçəkənlərə yardım edilərkən onların qüvvə və vasitələrindən faydalanmaq imkanları, FH bölmələrinin iştirakı ilə xüsusi taktiki təlimlərin keçirilməsi, KTMT-yə üzv dövlətlər üçün kadrların hazırlanması bazasına təhsil müəssisələrinin fəaliyyəti, FH qarşısının alınması və onun fəsadlarının aradan qaldırılmasında səlahiyyətli orqanların qarşılıqlı fəaliyyəti və bir sıra digər məsələlər müzakirə olunacaq.
Koordinasiya şurasının iclasında Rusiya, Belarus, Qırğızıstan, Ermənistan fövqəladə hallar nazirliyinin və Qazaxıstanın daxili işlər nazirliyinin rəhbərliyi və nümayəndələri, Tacikistan höküməti nəzdində fövqəladə hallar və mülki müdafiə komitəsinin, KTMT katibliyinin nümayəndələri iştirak edəcək.
Alpər Mövludoğlu
Ordu.az