Moskva səfərinə doğru Paşinyana zərbə: Rusiya Harutyunyanın axtarışını ləğv etdi

2018/09/768_1532435290_1535712650_1536310214.jpg
Oxunub: 3106     16:49     07 Sentyabr 2018    
MDB üzrə dövlətlərarası axtarışa verilmiş Ermənistanın keçmiş müdafiə naziri, general-leytenant Mikael Arutyunyanın Rusiya ərazisində axtarışı ləğv edilib.

Ordu.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, 2008-ci il martın 1-də Yerevanda baş verən hadisələrdə ittiham olunan Arutyunyanla bağlı materiallar öyrənildikdən sonra onun Rusiya Federasiyası ərazisində axtarışının dayandırılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, "İnterfaks"ın daha öncə yaydığı məlumatda Rusiya hüquq mühafizə orqanlarının İrəvandan onun təhvil verilməsi barədə rəsmi bildiriş aldıqları və məsələnin müzakirə mərhələsində olduğu bildirilirdi. Mənbə yazışmanın təfərrüatları barədə məlumat verməsə də bildirişin "İnterpol"un Rusiyadakı milli mərkəzinin xətti ilə daxil olduğunu qeyd edirdi.

Xatırladaq ki, Ermənistanın sabiq müdafiə naziri general-polkovnik Mikayel Harutyunyan İrəvandakı 2008-ci il 1 mart hadisələri ilə açılan cinayət işi çərçivəsində axtarışdadır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Harutyunyan   Paşinyan  


Bizi "telegram"da izləyin