Rusiyalı ekspertdən kəskin çıxış: "Bura çayxana deyil! Bir sözlə, Ermənistan məğlub olub"

2018/09/putin-pasinyan-kollaj_1536306958.jpg
Oxunub: 3429     15:54     07 Sentyabr 2018    
"Paşinyan deyir ki, KTMT baş katibi vəzifəsini hərbçilər əvəzinə dövlət başçılarının sıra ilə qəbul etməsi düzgün olardı. Bura çayxana deyil, belə strukturlarda o cür davranılmır. Bir sözlə, Ermənistan bu məsələdə məğlub olub".

"Mənim təəssüratıma görə, KTMT-nin sənədləri elə tərtib edilib ki, Azərbaycanın səsvermə yolu ilə müşahidəçi statusu ala bilər. Rusiyanın, Qazaxıstanın, Belarusun və Qırğızıstanın buna tərəfdar olacağı aydındır. İstəsəniz də, istəməsəniz də Azərbaycan KTMT-nin müəyyən tədbirlərində müşahidəçi kimi iştirak etmək imkanı əldə edəcək. Bununla da, bu struktur çərçivəsində Ermənistana bəzi məhdudiyyətlər qoymaq imkanı əldə edəcək".


Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov, sentyabrın 8-də Moskvada keçiriləcək Paşinyan-Putin görüşünün gündəminə toxunarkən bildirib.

Tarasov, müsahibə zamanı Ermənistanın hazırkı hökumətinin legitim olmadığını, Paşinyanın saxtakarlıq etdiyini və ümumən bu proseslərdə məğlub oldunu kəskin şəkildə ifadə edib..

Erməni jurnalistin "Cənab Tarasov sentyabrın 8-də Moskvada Paşinyan-Putin görüşü olacaq. Erməni və rus siyasi dairələrində fikir var ki, görüş zamanı Qarabağ məsələsi də müzakirə olunacaq. Xüsusilə, bu, əvvəlki Putin-Əliyev görüşündən sonra baş tutur. Bu barədə nə fikirdəsiniz?" sualına Tarasov bu şəkildə cavab verib: "Soçidə baş tutan görüşdə Putin Əliyevlə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin rəhbəri kimi görüşüb. Moskva Qarabağ münaqişəsinin həllinə dair özünün heç bir layihəsini təklif etmir. Qarabağ məsələsi ilə bağlı Minsk qrupu məşğul olur. Azərbaycanla öz münasibətlərini inkişaf etdirməkdə Moskvaya heç bir şey mane olmur.

İkincisi, Paşinyanın Qarabağla bağlı nə dedikləri yada düşəndə insanın tükləri biz-biz durur. O, ilk olaraq deyirdi ki, Qarabağ münaqişə tərəfidir, bundan sonra əvvəlki şərtlərlə, yəni köhnə sxemlə Məmmədyarov -Mnatsakanyan görüşü baş tutdu.

Üçüncüsü, məlum olur ki, Zöhrab Mnatsakanyan və Məmmədyarov arasında aparılan danışıqlar ərazi məsələləri ilə bağlı olub... İndi xəritəyə baxın və deyin əgər Qarabağdan söhbət gedirsə, bunun Ermənistan və Azərbaycan arasında ərazi məsələləri ilə nə əlaqəsi var? Yəni, Qarabağ olmadan ərazi məsələləri həll edirlər?"

Tarasov qeyd edib ki, Paşinyan son 2-3 ayda Qarabağ məsələsinə dair 2-3 ziddiyyətli bəyanat verərək özünün də nə edəcəyini bilmir və indi hər şeyi Moskvanın üzərinə atmaq istəyir.

"Hər şeyə görə günahkar bizik... Xaçaturov, Moskva günahkardır? Koçaryan, Qarabağ məsələsi yenə Moskva günahkardır? Bu yalnız mənim fikrim deyil, bütün rus siyasətçilərin mövqeyidir. Birincisi, Ermənistan və Rusiya arasında böyük problemlər var. Azərbaycana gəldikdə isə, son vaxtlar Soçidə çox səmərəli Putin-Əliyev danışıqları olub. Demək olar ki, bütün sahələrədə, o cümlədən hərbi-texniki əməkdaşlığın genişləndirilməsi haqqında 16 sənəd imzalanıb.

Bildiyiniz kimi, Sergey Lavrov bu yaxınlarda çıxış edərək Ermənistandakı vəziyyətdən, o cümlədən Xaçaturovun məlum tarixçəsindən narahatlığını bildirib. Bilirsiniz ki, bu, bizim tərəfimizdən KTMT-nin nüfuzuna ən böyük zərbə və Ermənistan tərəfindən prosedurların pozulması kimi qiymətləndirilir. İndi demək istəyirəm ki, Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstan arasında KTMT rəhbərliyinin əlifba sırası ilə növbəti ölkəyə - Belarusa verilməsinə dair danışıqlar davam edir.

Ermənistan tərəfindən bir generalın digər generalla əvəz edilməsi və sonra sabah, hər hansı bir səbəblə, həmin yeni generalın yenidən mühakimə olunmayacağına zəmanət varmı? Bildiyiniz kimi, elə belə general olmurlar, insanların öz tarixləri və bəzi hadisələrdə iştirakı olur. Bu, bizim nəyimizə lazımdır, yalnız ona görə ki, ermənilər ağıllı davranmırlar. Bu, çox ciddi bir problemdir, Paşinyan və onun komandasının niyə bu addımı atdığı məlum deyil. Xüsusilə Paşinyanın, onu prosedurlara yönəldə biləcək Mnatsakanyan kimi bacarıqlı bir naziri var. Aydındır ki, ya Zöhrab Mnatsakanyan öz mövqeyini müdafiə edə bilməyib, ya da hər şey onun iştirakı olmadan baş verib. Bu səbəbdən KTMT-nin bənzər zərbələr almaması üçün ən təhlükəsiz addım KTMT sədrliyinin Ermənistandan Belarusiyaya keçməsi olardı. Xüsusilə burada söhbət yalnız Rusiyadan deyil, eyni qaydada bunu narahatlıqla qəbul edən digər ölkələrin prezidentlərindən də gedir", - deyə o bildirib.

Rusiyalı politoloq, Ermənistanın mövcud olan prosedurları pozduğunu, Rusiyanın qəzəbinin əsas səbəbinin də bu olduğunu bildirib: "Bu, Moskvanın Xaçaturovu müdafiə etməsi deyil. Bu, hərbi-siyasi ittifaqdır. Hadisə Stoltenberq ilə baş versəydi və ya sabah bir qız NATO-nun baş katibi tərəfindən cinsi istismar edildiyini elan etsəydi nə baş verə biləcəyini təsəvvür edin. Əvvəlcədən Xaçaturova qarşı cinayət təqibini dəyişdirəydilər. Yoxsa, Paşinyan deyir ki, KTMT baş katibi vəzifəsini hərbçilər əvəzinə dövlət başçılarının sıra ilə qəbul etməsi düzgün olardı. Bura çayxana deyil, belə strukturlarda o cür davranılmır. Bir sözlə, Ermənistan bu məsələdə məğlub olub.

İkincisi, Azərbaycan, bəli, potensial olaraq KTMT-də müşahidəçi ola bilər. Əlbəttə ki, müşahidəçi statusundan yox, əgər tam üzvlükdən söhbət gedərsə Ermənistan veto hüququna malikdir. Mənim təəssüratıma görə, KTMT-nin sənədləri elə tərtib edilib ki, Azərbaycanın səsvermə yolu ilə müşahidəçi statusu ala bilər. Rusiyanın, Qazaxıstanın, Belarusun və Qırğızıstanın buna tərəfdar olacağı aydındır. İstəsəniz də, istəməsəniz də Azərbaycan KTMT-nin müəyyən tədbirlərində müşahidəçi kimi iştirak etmək imkanı əldə edəcək. Bununla da, bu struktur çərçivəsində Ermənistana bəzi məhdudiyyətlər qoymaq imkanı əldə edəcək.

İctimai müzakirə davam edir. Məsələ Bakının daim üzvlükdən imtina etməsi və qəfil buna yönəlməsində deyil, tamamilə başqa məslələr var. Məsələ orasındadır ki, istənilən halda niyə Moskva bu məsələ ilə bağlı Bakı ilə danışıqlar aparır? Deməli, sizin yeni hakimiyyətiniz legitim deyil, zəifdir. Ona görə ki, Paşinyan küçə dalğası ilə hakimiyyətə gəlmiş və parlamentdə səs çoxluğuna sahib deyil. Parlament istənilən vaxt ona qarşı etimadsızlıq nümayiş etdirə bilər.

İndi sual meydana çıxır, bəs kiminlə danışıqlar aparılmalıdır, belə ki, Paşinyanı sabah uzaqlaşdıra da bilərlər. Yaxud öz hakimiyyətinin strukturlarını dağıdan şəxslə necə danışıqlar aparmaq olar? Bundan əlavə o, Ermənistan dövlətçiliyini dağıdır. Ermənistanın AİƏT və KTMT üzvü olduğunu nəzərə alsaq,, bu da Moskvaya çox böyük narahatlıq yaradır".

Putin-Paşinyan görüşünə də toxunan Tarasov bildirib ki, görüş zamanı KTMT ilə bağlı məsələlər geniş şəkildə müzakirə olunacaq və proqnozlara görə görüş çox kəskin olacaq.

"Əvvəllər Ermənistan-KTMT qarşılıqlı münasibətləri Cənubi Qafqazda çox şeyi qabaqlayırdı, indi isə bu vəziyyət yoxdur. Bu da Putin-Paşinyan görüşündə müzakirə ediləcək. Bizim proqnozlara görə 8 sentyabr tarixində Putin-Paşinyan görüşü kəskin olacaq. Buna səbəb Paşinyanın Rusiya Federasiyası hakimiyyətinin siyasi etimad ehtiyatını tükətmək astanasında olmasıdır.

Qeyd edim ki, ilk dəfə Soçidə görüşərkən bizim prezident xahiş etdi ki, “Siz, Ermənistanın yeni hakimiyyəti böhrandan çıxış yolu proqramı hazırlamaqla məşğul olun, bizə islahatlar təqdim edin, dəstək verərik. İndi keçmişi eşələməyin vaxti deyil”. Ancaq cənab Paşinyan Ermənistana qayıdan kimi dərhal Koçaryanı həbs etdi. Bu məsələdə də prosedur qaydalarının pozulması vardı. Əgər Koçaryanı aradan “götürmək” istəyirdilərsə, ilk növbədə konstitutsiyanı dəyişərdilər. Bundan sonra Koçaryana qarşı ittiham irəli sürərdilər. İndi isə yoldaş Paşinyan Moskva tərəfindən Ermənistanın daxili işlərinə müdaxilə edildiyi, Koçaryanın, Xaçaturovun müdafiə edildiyi görüntüsünü yaratmaq istəyir. Bu saxtakarlıqdır", - deyə rusiyalı polotoloq vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-Rusiya   KTMT   Paşinyan   Azərbaycan   Qarabağ  


Bizi "telegram"da izləyin