Təbii ki, Ermənistan hökuməti Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən bir həftə sonra Paşinyanı qəbul etməsindən olduqca narahatdır.
Daha öncə xəbər verdiyimiz kimi, sentyabrın 1-də Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyevin görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Ehtimal olunur ki, bu mövzu Putin-Paşinyan görüşündə də müzakirə olunacaq. Beləliklə demək olar ki, münaqişəsinin həlli mövzusu yavaş-yavaş gündəliyə qayıdır.
Ehtimal olunur ki, Putin-Paşinyan görüşündə Ermənistandakı daxili ictimai-siyasi vəziyyət, xüsusilə də 1 mart cinayət işi, bu çərçivədə bir sıra sabiq yüksək vəzifəli məmurlara, o cümlədən 2-ci prezident Robert Köçəryana qarşı ittihamların irəli sürülməsi əsas müzakirə mövzularından biri olacaq. Rusiya tərəfinin Ermənistanda baş verənlərdən narazı olduğu məlumdur. Buna görə də Putin-Paşinyan görüşü xüsusən gərginliyi ilə seçiləcək.
Alpər Mövludoğlu
Ordu.az