Ordu.az Ermənistan müdafiə nazirliyinə istinadən xəbər verir ki, aşkar edilmiş alt paltarları MN ehtiyacları üçün əldə edilən bənzər əmlakın texniki göstəricilərinə heç cür cavab vermir və hərbi qulluqçuların bu əmlakı geyməsinə yararlı deyil.
Məlumatda, 10 minə yaxın keyfiyyətsiz alt paltarı aşkar edildiyi qeyd edilib.
Ermənistan müdafiə nazirliyinin hərbi polisinin əməkdaşlarının araşdırmaları nəticəsində cinayət məcəlləsinin müvafiq bəndləri əsasında cinayət işi açılıb və ilkin istintaq aparılır.
Alpər Mövludoğlu
Ordu.az