“İdlibdə terrorla mübarizə aparmaq Suriya hökumətinin tam haqqıdır” – Lavrov

2018/09/Снимок_1535979240.png
Oxunub: 2023     20:46     03 Sentyabr 2018    
“Suriyadakı müxtəlif silahlı qruplaşmalarla terrorçuların ayırd edilməsi İdlib əməliyyatlarının sürətli şəkildə həyata keçirilməsi üçün əhəmiyyətlidir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.

O qeyd edib ki, ölkəsi region dövlətlərini planlaşdırılan İdlib əməliyyatları çərçivəsində ortaya çıxa biləcək bir sıra potensial problemlərlə bağlı xəbərdar edib.

“Biz İdlib əməliyyatları ilə bağlı Türkiyə və İranla danışıqları davam etdiririk. Hər şey planlaşdırıldığı kimi getsə, bölgə qısa müddət ərzində terrorçulardan tamamilə azad ediləcək. Lakin unutmamaq lazımdır ki, bölgədəki terrorçularla digər silahlı qruplaşmaları bir-birindən ayırd etmək lazımdır. Əks təqdirdə bu, mübarizənin puç edə bilər. İstənilən halda terrorla mübarizə Suriya hökumətinin tam təbii haqqıdır və bu haqqdan istifadədə Rusiya Dəməşqə öz dəstəyini göstərəcək”, - deyə Lavrov vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya   İdlib   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin