ASO İdlib döyüşləri üçün yekun hazırlıqlarını görür

2018/09/Без-названия_1535974610.jpg
Oxunub: 3471     19:39     03 Sentyabr 2018    
Azad Suriya Ordusu Suriya Ərəb Orudusunun yaxınlaşan İdlib əməliyyatlarından öncəki yekun hazırlıqlarını həyata keçirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı Azad Suriya Ordusunun mətbuat xidməti yayıb.

Bildirilib ki, ordu artıq döyüşlərə tam hazır vəziyyətə gətirilib və ediləcək son hazırlıqlardan sonra uzun müddətli döyüşlərin aparılması mümkün olacaq.

Məlumata əsasən, qarşıdan gələn döyüşlər üçün təxminən 4 minə qədər hərbçi ilkin mərhələdə döyüşlərin aparılacağı ön xətt boyunca yerləşdirilib. Hazırda isə yekun olaraq hərbi ləvazimatın ön xəttdəki bölüklərə paylanılması həyata keçirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   ASO   İdlib  


Bizi "telegram"da izləyin