Türkiyə Suriya sərhədinə əlavə hərbi qüvvə göndərir

2018/09/13970118000522_Test_PhotoI_1535973778.jpg
Oxunub: 2426     19:17     03 Sentyabr 2018    
Türkiyə Silahlı Qüvvələrinə məxsus növbəti hərbi karvan Suriya ilə sərhəd zonaya yerləşdirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə Baş Qərargahı yayıb.

Bildirilib ki, bir az öncə Türkiyənin Suriya ilə sərhəd Hatay bölgəsinə 12 döyüş maşınından ibarət əlavə hərbi qüvvə yerləşdirilib.

Məlumata əsasən, Suriyanın İdlib vilayəti ilə aradakı Əl-Yamziyə sərhəd keçid məntəqəsinə göndərilən hərbi qüvvələr İdlib əməliyyatları zamanı terrorçuların Suriyadan Türkiyəyə sızma cəhdlərinə qarşı mübarizə aparacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya   Hərbi-Karvan  


Bizi "telegram"da izləyin