Volker: “ABŞ Ukraynanın hava və dənizdən müdafiəsini gücləndirməyə hazırdır”

2018/09/630_360_1534162690-9388_1535970526.jpg
Oxunub: 2557     18:23     03 Sentyabr 2018    
“Birləşmiş Ştatlar Ukraynanın dəniz və havadan müdafiə qüvvələrinin gücləndirilməsinə dəstək verməyə hazırdır”.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın Ukrayna üzrə Xüsusi nümayəndəsi Kurt Volker səsləndirib.

O bildirib ki, Tramp administrasiyası apreldə Ukraynaya çatdırılan tank əleyhinə raketlərdən daha ölümcül silah-sursatın təchiz edilməsinə tamamilə hazırdır.

Qeyd edək ki, ABŞ-da 2019-cu maliyyə ili üçün qəbul edilən Milli Müdafiə Səlahiyyət Qanununda Ukrayna təhlükəsizlik qüvvələrinə 250 milyon dollarlıq yardım paketi nəzərdə tutulub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin