2+2 danışıqları: Hindistan ABŞ-a Rusiya raketlərindən danışacaq

2018/09/7e184dbf-79f9-4b31-ab30-a86f29e22271_1535964501.jpg
Oxunub: 1548     16:47     03 Sentyabr 2018    
Sentyabrın 6-da Birləşmiş Ştatlar Xarici İşlər naziri Mayk Pompeo və Müdafiə naziri Ceyms Mettis Hindistanın paytaxtı Yeni Dehliyə səfər edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, burada 2+2 formatlı danışıqlara qatılacaq nazirləri Hindistan XİN rəhbəri Suşma Svarac və Müdafiə naziri Nirmala Sitharaman qəbul ediləcəklər.

Ekspertlər bu dialoqlar zamanı əsas müzakirə mövzusunun Hindistanla Rusiya arasındakı S-400 havadan müdafiə sistemlərinin alqı-satqısına dair danışıqlar olacağını bildirirlər.

Adıçəkilməyən hindistanlı rəsminin sözlərinə görə, Hindistan demək olar ki, Rusiya ilə S-400 raket müqaviləsini tamamlayıb və dialoq zamanı bu məsələ ilə bağlı Hindistanın yekun mövqeyi ABŞ-a çatdırılacaq.

O bildirib ki, Hindistan regional təhlükəsizlik məsələlərindən qaynaqlanaraq, eyni zamanda Rusiya ilə yaxın hərbi əlaqələrini nəzərə alaraq bu sistemləri almağı planlaşdırır. Lakin ABŞ-ın Hindistanın bu qərarı ilə tam da razılaşmadığı və sanksiyalar tətbiq edə biləcəyinə dair işarələr də yüksəlməkdədir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Rusiya   S-400  


Bizi "telegram"da izləyin