Rusiya Pakistana müdafiə radarları təchiz edəcək

2018/09/567_1535964236.jpg
Oxunub: 1559     17:04     03 Sentyabr 2018    
Rusiya Kəraçidəki nüvə enerjisi reaktorunun müdafiəsi məqsədilə Pakistana radar stansiyası çatdıracaq.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə RTI yüksək texnologiyalar kompaniyasının mətbuat xidməti məlumat yayıb.

“Ötən ay baş tutan “Army-2018” beynəlxalq hərbi-texniki forumunda Rusiyanın “RTI Group” və Pakistanın “TechWinEnterprise” şirkətləri arasında “Surok” radarlarının çatdırılması üzrə əməkdaşlıq memorandumu imzalanıb”, - deyə məlumatda bildirilib.

Bundan başqa tərəflər radiolokasiya və informasiya sistemləri üzrə müxtəlif birgə layihələrin keçirilməsi barədə də razılığa gəliblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ryusiya-Pakistan   Radar  


Bizi "telegram"da izləyin