Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Suriyanın Xarici İşlər naziri Valid Muallem səsləndirib.
Onun sözlərinə görə, İdlib hazırda 3 milyon insanın saxlandığı dünyanın ən böyük açıq həbsxanası və Suriyadakı terrorçuların sonuncu qalasıdır.
“Biz, Suriya xalqı və rəhbərliyi artıq münaqişəni yekunlaşdırmaq istəyirik, lakin Qərb ölkələrinin, xüsusilə ABŞ-ın müdaxiləsi bunu çətinləşdirir”, - deyə Muallem vurğulayıb.
O, bir daha Birləşmiş Ştatların Suriyadakı hərbi mövcudluğunun qanunsuz olduğunu və Vaşinqtonun buna heç cürə haqq qazandıra bilmədiyinə diqqət çəkib.
Ağalar Ağalarlı
Ordu.az