Putin Tehranda kritik İdlib əməliyyatını müzakirə edəcək

2018/09/7567_1535961284.jpg
Oxunub: 1663     15:52     03 Sentyabr 2018    
Rusiya prezidenti Vladimir Putin sentyabrın 7-də İranın paytaxtı Tehranda baş tutacaq sammitdə İdlibdə planlaşdırılan kimyəvi silah provokasiyasını müzakirə edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmisi Yuri Uşakov bəyan edib.

“Suriyada böhranın həlli üzrə bütün aspektlər kimi, bu məsələ də müzakirə ediləcək”, - deyə Uşakov bildirib.

Bundan öncə ötən həftə açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov Tehran sammitində Putin və Ərdoğanın təkbətək görüş keçirəcəyini elan edib. Bu görüşdə də sözügedən məsələnin müzakirəsi gözlənilir.

Xatırladaq ki, avqustun 25-də Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenko “Təhrir əş-Şam” terrorçularının İdlibdə kimyəvi silahdan istifadə edərək, bunda hökuməti ittiham etməyi planlaşdırdığını elan edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Tehran   İdlib  


Bizi "telegram"da izləyin