Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Rusiya generalı Aleksandr Xozin bildirib.
O qeyd edib ki, Moskva İslamabadla münasibətlərinin daha da genişləndirilməsində və bu əlaqələrin xüsusilə hərbi sferanı əhatə etməsində olduqca maraqlıdır.
“Rusiya Pakistana lazım olan hər bir sahədə, xüsusilə hərbi sferada öz dəstəyini göstərə bilər. Biz son dövrlərdə Pakistanla ən müasir, yüksək texnoloji hərbi vasitələrin, radar sistemlərinin satışı ilə bağlı müqavilələr imzalamışıq. Rusiya bu əməkdaşlıqlardan olduqca məmnun olsa da, bunun kifayət etdiyini düşünmür və yeni müqavilələrə ümid edir”, - deyə general bildirib.
Dəyanət Ağalarlı
Ordu.az