Uilyamson: "Britaniya Əfqanıstana verdiyi dəstəyi davam etdirəcək"

2018/09/40592934_263154754320244_1671725361798316032_n_1535824487.jpg
Oxunub: 2943     02:17     02 Sentyabr 2018    
Birləşmiş Krallıq Müdafiə naziri Qavin Uilyamson ölkəsinin Əfqanıstana göstərdiyi dəstəyin gələcəyindən danışıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, Əfqanıstan təhlükəsizlik qüvvələrinə edilən yardımın bundan sonra da davam etdiriləcəyinə dair söz verib.

Əfqanıstanın yeni təyin olunmuş milli təhlükəsizlik müşaviri Həmdulla Mohiblə görüşən Uilyamson Əfqanıstan küçələrində təhlükəsizliyin tam təmin olunmayana qədər bu dəstəyin kəsilməyəcəyini ifadə edib.

Qeyd edək ki, Birləşmiş Krallıq Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim keçmək məqsədilə hazırda Əfqanıstanda 1000-ə yaxın hərbçi saxlayır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Britaniya   Əfqanıstan  


Bizi "telegram"da izləyin