ABŞ HHQ yeni dron tələsini nümayiş etdirib - VİDEO
Oxunub: 1515
01:36
02 Sentyabr 2018
ABŞ Hərbi Hava Qüvvələri missiyanı yekunlaşdıran dronların geri qaytarılması və düşmən dronlarının ələ keçirilməsi məqsədilə istifadə olunan yeni tələ nümayiş etdirilib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ HHQ-nin mətbuat xidməti yayıb.
Bildirilib ki, “Venus” adı verilən yeni dron tələsi hələlik ilkin sınaq mərhələsini keçirir.
Sınaqlar uğurlu olacağı təqdirdə tələnin geniş miqyaslı istehsalına növbəti ildən etibarən start veriləcək.